1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AYİB Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa dəstək üçün AccessBank ilə əməkdaşlığa başlayıb
20.05.2024

AYİB Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa dəstək üçün AccessBank ilə əməkdaşlığa başlayıb: Yerli biznesin rəqabət qabiliyyətini artırmaq üçün $10 mln kredit

• AYİB-nın Azərbaycandakı uzunmüddətli tərəfdaşına $10 mln dəyərində sindikatlaşdırılmış kredit.

• Müqavilə AYİB və AccessBank arasında əməkdaşlığın bərpasını bildirir.

• Yerli mikro, kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını genişləndirmək üçün maliyyələşdirmə.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) AccessBank-a Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün maliyyə paketi təqdim edir.


Razılaşmaya əsasən, AYİB təxminən $10 mln(9,24 mln avro)həcmində sindikatlaşdırılmış kredit təqdim edərək əsas kreditor kimi çıxış edəcək. B kateqoriyalı kreditor isə - Cənub-Şərqi Avropa üzrə Avropa Fondudur (EFSE). Hər iki maliyyə institutu AccessBank-a yerli valyuta ekvivalentində təxminən $5 mln (4,6 mln avro) dəyərində kredit təqdim edəcəklər.

AccessBank cəlb edilən vəsaiti Azərbaycanda sahibkarlığın inkişafı və rəqabətqabiliyyətliliyinin dəstəklənməsi məqsədi ilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə istifadə edəcək. Bank, ölkənin davamlı inkişafını dəstəkləmək üçün bütün Azərbaycanda sahibkarların maliyyə imkanlarını genişləndirmək niyyətindədir.

AYİB-nin AccessBank ilə yenilənmiş əməkdaşlığı onun Azərbaycandakı strateji prioritetlərinə uyğun olaraq daha geniş əməkdaşlığa yol açmaq məqsədi daşıyır. Bu prioritetlərə ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli biznes üçün maliyyə imkanlarının genişləndirilməsi və yaşıl iqtisadiyyatın dəstəklənməsi daxildir.

AYİB-in Mərkəzi Asiya, Qafqaz və Türkiyədə maliyyə təşkilatları üzrə direktoru Fransis Malij: “Bizim Azərbaycandakı missiyamız nəinki irimiqyaslı layihələri dəstəkləmək, həm də istənilən dinamik iqtisadiyyatın əsasını təşkil edən mikro, kiçik və orta sahibkarlığı təşviq etməkdir. Bu müqaviləni imzalamaqla biz, AccessBank-ıbütün Azərbaycan üzrə maliyyələşdirməni genişləndirmək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinəgeniş və əhatəli imkanlar yaratmaq məqsədlərində dəstəkləyirik”.

EFSE-nin müşaviri, Finance in Motion üzrə regional direktoru Oksana Binzaru: “Mikro, kiçik və orta müəssisələrə yerli valyutada maliyyə dəstəyi təmin etməklə, EFSE Azərbaycanda iqtisadi artım və sabitliyin təşviqi siyasətinə sadiqliyini təsdiqləyir. AccessBank ilə əməkdaşlıq yerli biznesin rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımdır”.

AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri: “Mən mikro, kiçik və orta biznesin maliyyələşdirilməsində AccessBank-ı yerli tərəfdaş kimi seçdiyinə görə Avropa Yenidənqurma və İnkişaf Bankına və Cənub-Şərqi Avropa üzrə Avropa Fonduna minnətdarlığımı bildirirəm. Bu əməkdaşlıq bizim etibarlılığımızın sübutudur və inanırıq ki, bu tərəfdaşlıq bizə strateji məqsədlərimizi dərinləşdirməyə və regionda iqtisadi inkişafı dəstəkləməyə imkan verəcək”.

AccessBank 2002-ci ildən Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləyən və onlara sərfəli maliyyə həlləri təklif etmək üzrə ixtisaslaşmış kommersiya bankıdır.

EFSE Cənub-Şərqi Avropada və Şərq Qonşuluğunda fəaliyyət göstərən, mikro, kiçik və orta sahibkarlara və fərdi ev təsərrüfatlarını maliyyə dəstəyi ilə təmin edən fondudur.

AYİB Azərbaycanın ən böyük institusional investordur. Bank ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189 layihəyə 3,7 mlrd avrodan çox sərmayə qoyub.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment