1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Azərbaycanın turizm imkanları Çində sərgilənir
20.05.2024

Çinin Quançjou şəhərində keçirilən “GITF 2024” (Quançjou Beynəlxalq Turizm Sərgisi) sərgisində 16-18 may 2024-cü il tarixlərində ilk dəfə ölkəmizin turizm imkanları sərgilənir.

Sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları”, “Şahdağ” Turizm Mərkəzi və Qoruqları İdarəetmə Mərkəzi daxil olmaqla, ümumilikdə 6 yerli tərəfdaş təmsil edir.

Sərginin ilk günü ATB-nin Çindəki təmsilçiliyi tərəfindən destinasiya təqdimatı keçirilib, təqdimat zamanı Azərbaycanın turizm imkanları ətraflı nümayiş etdirilib.

Stendin ziyarətçilərinə Azərbaycanın tarixi, turizm potensiallı məkanları, milli mətbəx nümunələri, şərabçılıq, ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş maddi mədəni irs nümunələri, o cümlədən işgüzar turizm imkanları haqqında geniş məlumat təqdim olunur, Azərbaycanın milli şirniyyatlarını dequstasiya etmək imkanı yaradılır.

Sərgidə Çin və digər iştirakçı ölkələrin turizm sənayesi nümayəndələri ilə görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.

Həmçinin 16 May 2024-cü il tarixində Azərbaycan Turizm Bürosu “China Outbound Tourism Research Institute” (Çin Xarici Turizm Araşdırmaları İnstitutu) tərəfindən təşkil olunmuş “Chinese Tourist Welcome Award 2024” (Çin Turist Qəbulu Mükafatı) müsabiqəsində “Potensial turizm destinasiyası” kateqoriyasında birinci yerə layiq görülüb.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycana səfər edən Çin vətəndaşlarının sayında 2022-ci ilə müqayisədə 6 dəfədən çox artım müşahidə edilib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment