Regionun qadın liderliyinə həsr olunan ən böyük tədbirlərindən biri olan “SHE Congress” altıncı tədbirinə hazırlaşır! Tədbir 22 may tarixində Heydər Əliyev Mərkəzində baş tutacaq və aktual mövzular, həmçinin qadınların biznes və şəxsi inkişaf sahəsində qarşılaşdıqları çağırışların müzakirəsinə ev sahibliyi edəcək. Konqresin mövzusu “İndinin gücü: Anı yaşa” (The Power of Now: Live the Moment!) olacaq.
“SHE (Smart, Happy, Equal) Congress” tədbiri ekspertləri, biznes liderlərini və sahibkarları bir araya gətirən unikal platformadır. 2017-ci ildə təsis edildiyi gündən bəri konqres ünsiyyət qurmaq, öyrənmək və təcrübə mübadiləsi aparmaq üçün imkanlar təqdim etməklə qadınların şəxsi və peşəkar inkişafını təşviq edir. Bu gün“SHE Congress” Azərbaycanda və ölkənin hüdudlarından kənarda qadın liderliyini önə çəkən mühüm hadisə hesab olunur.
Qadın sahibkarlığı iqtisadiyyatda aparıcı yerlərdən birini tutur, yeni iş yerləri yaradır və innovasiyaları stimullaşdırır. Araşdırmalar göstərir ki, biznesdə daha çox qadının iştirakı daha yaxşı təhsil səviyyəsi və həyat keyfiyyəti deməkdir.
“SHE Congress” tədbiri Dayanıqlı İnkişaf Məqsədlərinə(Sustainable Development Goals) nail olunmasına mühüm töhfə verməklə qadınların hüquq və imkanlarını fəal şəkildə dəstəkləyir.
Bu ilki tədbirdə sahibkarlar, biznes liderləri, dövlət rəsmiləri və ekspertlərin iştirakı ilə şəxsi və peşəkar yüksəliş, qadın sahibkarlığının inkişafı və uğurlu biznes üçün əlverişli şəraitin yaradılması ilə bağlı əsas məsələlər müzakirə ediləcək.
Konqres çərçivəsində həmçinin maliyyə, bacarıq və səriştələrin inkişafı, biznesin idarə edilməsi və digər mövzularda maraqlı panel müzakirələri keçiriləcək. İştirakçılar təcrübə mübadiləsi aparmaq, ən yaxşı təcrübələri öyrənmək və faydalı əlaqələr qurmaq imkanı əldə edəcəklər.
Bu cür tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir – qadınları dəstəkləmək və ruhlandırmaq, təcrübə və bilik mübadiləsini təşviq etmək, peşəkar əlaqələr qurmaq və mövcud çağırışların həlli üçün imkanlar yarada biləcək platforma rolunda çıxış edirlər. Üstəlik, bu cür tədbirlər qadın liderliyini gücləndirir, iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına mühüm töhfə verir.
“Ötən beş il ərzində “SHE Congress” illik tədbirdən daha böyük bir hadisəyə çevrilib. Biz qadınların öz bizneslərini və şəxsi inkişaflarını inkişaf etdirmək üçün ilham, dəstək və bilik əldə edə biləcəkləri bir məkan yaratmağa çalışırıq. Azərbaycandan və dünyanın hər yerindən ən maraqlı məruzəçilər hər zaman konqresin səhnəsində olurlar ki, ölkəmizdəki auditoriya onları eşitsin, onların təcrübə və ideyalarından ilhamlansın. İnanırıq ki, qarşıdan gələn“SHE Congress” yenidən unikal fikir mübadiləsi məkanına çevriləcək və iştirakçılara peşəkar və şəxsi fəaliyyətlərində yeni zirvələri fəth etməyə kömək edəcək”, deyə tədbirin təsisçisi, sahibkar Tatyana Mikaylova bildirib.
Bu ilki tədbirin keçirilməsinə dəstək olan tərəfdaşlar arasında Heydər Əliyev Mərkəzi, KOBIA, Yelobank, Azercell, Mastercard,UN Global Compact, Crimson Education və Baku Media Centrekimi nüfuzlu qurum və təşkilatlar yer alır.
Media partnyorları: BizimYol, Financetime, Rockwell.