1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının kardioloqu: Hipertoniyanı aradan qaldırmaq üçün həyat tərzini tamamilə dəyişmək lazımdır
16.05.2024

Hər il mayın 17-də qeyd olunan Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü  ictimaiyyətin diqqətini yüksək qan təzyiqi və onunla əlaqədar risk faktorlarına yönəltmək məqsədi daşıyır. Yüksək qan təzyiqi ən təhlükəli xəstəliklərdən biri sayılır. Ürək-damar sistemi xəstəlikləri riskinin ən mühüm faktorlarından biri hipertoniya – yüksək qan təzyiqidir. Yüksək qan təzyiqi ürək tutmalarının və insultların əsas səbəbi olan arterial hipertoniyanın əlamətləri, ondan  qorunmaq yolları, qan təzyiqinin normada saxlanılması və tənzimlənməsi üsulları ilə əlaqədar  Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin invaziv kardioloqu Emin Hacıbalayev suallarımızı cavablandırıb.  

- Emin həkim, arterial hipertoniya nədir?

- Hipertoniya qan təzyiqinin həddindən artıq artması və ya yüksəlməsi deməkdir. Qan təzyiqi deyiləndə qanın damarların divarlarına etdiyi təzyiq nəzərdə tutulur. Hipertoniya qan təzyiqinin davamlı artmasıdır. Onun həm müxtəlif xəstəliklərin əlaməti olaraq, həm də naməlum səbəblərdən yaranması mümkündür. Vaxtında müalicə edilməyən hipertoniya infarkta, ürəyin genişlənməsinə və nəticədə ürək çatışmazlığına səbəb olur. Hipertoniya qan təzyiqinin 140/90-dan yuxarı davamlı artması ilə müşayiət olunan patoloji haldır və getdikcə irəliləyən xarakter daşıyır. Ona görə də bu xəstəliyi daim həkim nəzarətində saxlamaq lazımdır. 

-Normal təzyiq nə qədər olmalıdır? Hipertoniya diaqnozu nə zaman qoyulur?

`-Arterial təzyiq - sistolik və diastolik olmaqla iki qrupa bölünür. Normal arterial təzyiq 120/70 mm civə sütunu olmalıdır. Gənc yaşlarda qan təzyiqi 90/60 və 120/80 mm civə sütununa bərabər olmalıdır. Daha yaşlı insanlarda bu rəqəm artır.  Arterial təzyiq arteriyaların və ya onların kiçik damarlarının - arteriolların daralması baş verdikdə yüksəlir. Hipertoniya diaqnozu iki fərqli gündə aparılan təzyiq ölçmələrinə əsasən, hər iki gündə sistolik təzyiqin 140 mm Hg-ə bərabər və ya ondan çox olduğu hallarda qoyulur. Birincisi (sistolik təzyiq) ürək əzələsinin yığılması zamanı, ikincisi isə (diastolik təzyiq) ürəyin iki yığılma arasında yaranan təzyiqin göstəricisidir.

Qan təzyiqi bədəndəki qanın ən vacib qan damarları olan arteriyaların divarlarına göstərdiyi təzyiqdir. Qan təzyiqinin səviyyəsi insan sağamlığının ən yaxşı göstəricilərindən biridir. Hipertoniya qan təzyiqinin həddindən artıq artması, yüksəlməsi ilə xarakterizə olunur.

- Hipertoniya xəstəliyinin yaranma səbəbi nədir?

-Qan təzyiqinin qalxmasının başlıca səbəbi qan axınına çətinlik yaradan kiçik damarların daxilində boşluğun azalmasıdır. Sadə dildə desək, bu zaman qan damarlarının divarlarına təzyiq artır, arterial təzyiq yüksəlir, çünki ürək əzələsi qanı axına itələmək üçün daha çox qüvvə tələb edir. Xəstəliyin inkişaf riskinə xəstənin yaşı, xolesterinin səviyyəsi (6,5 mmol/litrdən artıq), qohumlarda ürək-damar xəstəlikərinin olması, siqaret çəkmək, piylənmə, şəkərli diabet, yaşlı insanlarda oturaq həyat tərzi kimi amillər aiddir.  

Hipertoniya xəstəliyinin yaranma səbəblərinə həmçinin, yağlı və duzlu yeməklərdən, un məmulatlarından, şəkərdən çox istifadə aiddir. Hipertoniya xəstəliyi birincili və ikincili olmaqla iki yerə bölünür. Birincili hipertoniya essensial hipertoniya adlanır. İkincili hipertoniya orqanların zədələnməsi nəticəsində baş verir. Məsələn, qalxanabənzər vəzin zədələnməsi, böyrəklərdə baş verən dəyişikliklər, parinxamotoz mənşəli pozuntular, həmçinin, böyrəyin damar sistemində baş verən dəyişikliklər, böyrək arteriyasının stenozu və s. Bundan başqa, böyürəküstü vəzdə baş verən dəyişikliklər, patoloji proseslər təzyiqin yüksəlməsinə səbəb ola bilər.

-Hipertoniyanın tipik əlamətləri hansılardır?

-Hipertoniyanın tipik əlamətlərinə  səhər tezdən baş ağrıları, burun qanamaları, ürək ritminin pozulması,  bulanıq görmə, qulaqlarda cingilti, eləcə də zəiflik,  ürəkbulanma, qusma, sinə ağrısı, əzələ titrəməsi və s. aiddir. Ondan əziyyət çəkənlərin çoxu problemin olduğunu bilmir, çünki hipertoniya heç bir əlamət olmadan və  simptomsuz keçə bilər. Buna görə də belə hallara şübhə yaranarsa, qan təzyiqini mütəmadi ölçmək vacibdir.

Bəzi hallarda hipertoniya, səhər tezdən baş ağrıları, burun qanamaları, anormal ürək döyünməsi, bulanıq görmə və qulaqlarda cingilti ilə müşayiət oluna bilər.

-Hipertoniyanın müalicəsi necə aparılır?

- Hipertoniyanın müalicəsi mürəkkəbdir və xəstəliyin səviyyəsi, xəstənin cinsi, yaşın və digər amillərdən asılıdır. Dərmanlar yalnız təzyiqi azaltmağa kömək edir. Belə ki, xəstəliyin səbəbini aradan qaldırmaq üçün həyat tərzinizi tamamilə dəyişmək tələb olunur. Bunun üçün pis vərdişlərdən uzaq olmaq, siqaret və alkoqollu içkilərdən birdəfəlik qurtulmaq, düzgün və sağlam qidalanmaq, açıq havada gəzmək lazımdır. Məhz bu cür yaşam tərzi nəticəsində həyati təhlükəsi olan ağırlaşmaların başlanğıcını uzun müddət təxirə salmaq mümkündür. Bir çox halda həyat tərzinin dəyişikliyi, qəbul edilən duzun miqdarının azaldılması və hərəkətliliyin artırılması ilə təzyiqi dərman müdaxiləsinə ehtiyac olmadan nəzarətdə saxlamaq mümkündür. 

-Ağırlaşmış hipertoniya xəstəliyi hansı fəsadlara səbəb olur?

-Xəstəliyin ən ciddi fəsadlarından biri arterial və kəllədaxili təzyiqin kəskin artması, qusma, ürəkbulanma və baş ağrıları, serebrovaskulyar qəza ilə özünü göstərən hipertonik böhranlardır. Uzun müddətli hipertoniyanın əsas nəticəsi yaşlı insanda əlilliyin formalaşmasıdır. Hipertoniya, həmçinin, beyni qan və oksigenlə təmin edən arteriyaları cıraraq və ya bloklayaraq insult yarada bilər. Ona görə də yüksək təzyiq mütləq şəkildə erkən diaqnoz qoyulub nəzarət altına alınmalıdır. Əgər uzun müddət ərzində qan təzyiqi nəzarət altında saxlanılmasa, damarlar zədələnə bilər. Bu trombların əmələ gəlməsinə və ağır hallarda damarın partlamasına -infarkt və insultlara səbəb olur.

Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilara Zamanova


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment