1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Kaspersky mobil cihazlardakı zərərli tətbiqlər və onlardan qorunmaq haqqında danışır
16.05.2024

Smartfonlar getdikcə daha da güclənir və şirkətlər şəxsi texnologiyadan istifadə edərək korporativ şəbəkələrə daxil olmaq üçün əməkdaşların şəxsi cihazlarından istifadə (bringyourowndevice) siyasətinin tətbiqini genişləndirir. Bununla belə, həm təşkilatlar, həm də fərdi istifadəçilər məqsədi smartfon və planşetləri yoluxdurmaq olan zərərli proqramlardan xəbərdar olmalıdırlar. 

Məsələn, troyan kimi zərərli proqramlar növü qanuni proqramlar adı altında yayılır: bunlar məşhur proqramlar adı altında gizlənən zərərli və fırıldaqçılıq proqramlarıdır.

Bu cür tətbiqlərin korporativ və fərdi istifadəçilər üçün yaratdığı təhdidlər təcavüzkarların məqsədlərindən asılıdır. Məsələn, fidyə proqramlarının müəllifləri cihazdakı məlumatlara giriş əldə edə və qurbanı şantaj edə, əgər qurban fidyə ödəməzsə, həmin məlumatları ictimaiyyətə açıqlaya və ya kontakt siyahısındakı şəxslərə göndərə bilərlər. Zərərli proqramların digər növləri messencer hesab məlumatlarını, yaddaşda saxlanılan şifrələri və brauzerlərdəki kukiləri (cookies) oğurlayır. Çox vaxt təcavüzkarlar istifadəçiləri bank xidmətlərində şəxsi hesablara daxil olmaq üçün məlumatları və ya ödəniş məlumatlarına girişi əldə etmək üçün aldatmağa çalışırlar.

Zərərli proqramlara misal olaraq Android üçün “Rasket” adlı troyan-fidyə proqramını göstərmək olar. O, müxtəlif xidmətləri təqlid edir: tanışlıq proqramları, böyüklər üçün söhbətlər, radar detektoru funksiyasına malik proqramları və dəb proqramlarını. Bu halda təcavüzkarlar qurbanları fidyə ödəmək üçün şantaj ediblər. Troyan smartfonda aktivləşdirildikdə o, foto, video və sənədlərə, mesajlara və sahibinin kontaktlarına çıxış əldə edib.

Təcavüzkarlar yalnız saxta bank proqramları və ya kriptovalyuta pul kisələri kimi klassik “yemlər”dən istifadə etmir, həm də öz sxemlərini cari xəbər gündəminə uyğunlaşdırırlar. Bir müddət əvvəl təcavüzkarlar ilin ən çox gözlənilən oyunlarından birinin mobil beta versiyası adı altında fidyə proqramı yaymışdılar. Amma həmin vaxt tərtibatçı hələ oyunun Android üçün versiyasını elan etməmişdi.

“Müasir həyatın ritmində istifadəçi tələsə və smartfonuna orijinal proqram deyil, oxşar simvol və ada malik saxta proqram yüklədiyini görməyə bilər. Belə bir xətanın bədəli çox ağır ola bilər - zərərli proqram cihazda quraşdırıldıqdan sonra təcavüzkarlar şəxsi məlumatları ələ keçirə, vəsait oğurlaya və istifadəçini şantaj edə bilərlər. Əgər bu, istifadəçinin iş tapşırıqları üçün də istifadə etdiyi bir cihazdırsa, bütün təşkilatın məlumatları oğurlana bilər. İstifadəçilər bilməlidirlər ki, mobil qurğu təhdidlərə qarşı kövrək ola bilər və riskləri azaltmaq üçün kibersavadlılığınıartırmalıdırlar. Həmçinin mobil qurğular üçün etibarlı təhlükəsizlik həllindən istifadə etməkdə fayda var”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Mobil platformalar üçün müxtəlif kibertəhlükələrdən qorunmaq üçün Kaspersky mütəxəssisləri əsas təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirlər:

proqramları yalnız rəsmi platformalarda yükləyin: proqram mağazalarından və ya tərtibatçı şirkətlərinin saytlarından;

proqramı yükləməzdən əvvəl onun haqqında rəyləri oxuyun və reytinqləri gözdən keçirin;

həddindən artıq səxavətli və ya ürküdücü mesajlara tənqidi yanaşın;

internetdə şübhəli reklamların linklərinə keçid etməyin, xüsusilə asan qazanc təklif edən linklərə tənqidi yanaşın;

mobil cihazlar da daxil olmaqla, cihazlarınızda Android üçün Kaspersky kimi etibarlı həllərdən istifadə edin.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment