1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


ASA jurnalistlər arasında yazı müsabiqəsi elan edir
14.05.2024

Azərbaycan Sığortaçılar Assosiasiyası jurnalistlər arasında növbəti dəfə yazı müsabiqəsi elan edir.

ASA-dan verilən məlumata görə, “Risklərin təminat altına alınmasında həyat sığortalarının rolu” mövzusunda elan edilən bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunur.

Yazı müsabiqəsində I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1500, 1000, 750 AZN məbləğində pul mükafatları və sertifikatlar, o cümlədən IV və V yerləri tutan jurnalistlərə isə dəyərləndirici mükafatlar təqdim olunacaq.

Yazı müsabiqəsinin şərtləri aşağıdakı kimidir:

• Müsabiqədə 14 may 2024-cü iltarixdən 30 iyun 2024-cü il tarixədək olan zaman aralığında dərc olunmuş yazılar iştirak edəcək;

• Müsabiqədə yalnız qeyd olunan dövr ərzində mərkəzi və regional elektron və çap mediasında dərc olunan məqalələr iştirak edə bilər;

• Müsabiqədə iştirak edən məqalələr “Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin təminat altınaalınmasında həyat sığortalarının rolu”mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb” epiqrafı ilə dərc edilməlidir;

• Müsabiqədə iştirak edən yazılar üçün işarəlimiti 4000-5000 aralığında müəyyən olunur;

• Müsabiqə iştirakçısı müsabiqə üçün yazdığı məqalənin dərc olunduğu qəzet və ya jurnalın skan edilmiş elektron variantını, elektron KİV-də yerləşdirilmiş yazının isə linkini ASA-nın rəsmi e-mail (office@asa.az) ünvanına mövzu yerinə “Müsabiqə üçün” yazmaqla göndərməlidir;

• Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə yuxarıda qeyd olunan məbləğlərdə pul mükafatları və sertifikatlar, o cümlədən IV və V yerləri tutan jurnalistlərə isə dəyərləndirici mükafatlar təqdim olunacaqdır;

• Müsabiqə üçün təqdim olunmuş yazıların qiymətləndirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu tərəfindən təşkil olunmuş münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının hər il ənənəvi olaraq elan etdiyi bu yazı müsabiqələri ölkəmizdə sığorta savadlılığının artırılmasına, cəmiyyətdə sığortaya marağın formalaşdırılmasına, habelə jurnalistlərin sığorta sahəsində də ixtisaslaşmasına töhfə vermək məqsədilə həyata keçirilir.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment