8 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Effektinvest" MMC -nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
15 may 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT "Effektinvest" MMC-nin istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir
Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya şirkəti” ASC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində“Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
İllik faiz dərəcəsi
|
Ödəmə periodu
|
Hərrac tarixi
|
Tədavül
müddəti
|
AZ2001025785
|
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar
|
500
(ədəd)
|
1,000manat
|
14%
|
İldə günlərin sayı 360(üç yüz altmış) gün olaraq götürülməklə hər ay nağdsız qaydada
|
15.05.2024
|
5 il
|
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (
https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.