1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalınıın Təcili Yardım şöbəsininyüksəkixtisaslı təcili yardım həkimi Leyla Fətullayeva
13.05.2024

“Həkimlərimizi tanıyın” rubrikasında Sizə Mərkəzi Gömrük Hospitalınıın Təcili Yardım şöbəsinin yüksəkixtisaslı təcili yardım həkimi Leyla Fətullayevanı təqdim edirik.

DR.LEYLA FƏTULLAYEVA Mərkəzi Gömrük Hospitalında reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım, xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi, beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım, baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya, kiçik cərrahi prosedurların aparılması, xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunması ilə məşğul olur. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:https://customshospital.az/leyla-fetullayeva/#

Leyla həkim 2014-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, 2014-2018-ci illərdə Azərbaycan Tibb Universitetinin II daxili xəstəliklər kafedrasının  Kliniki bazasında olan Toksikologiya şöbəsində terapevt ixtisası üzrə rezidentura təhsili almışdır.

Dr.Leyla Fətullayeva müxtəlif illərdə Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyi bir çox mötəbər yarışlarda- Bakı-2015 Avropa Oyunları, 2019 və 2021-ci illərdə Formula-1 Qran Prisi yarışlarında, Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalında  həkim və tibbi marşal kimi vəzifələrdə çalışıb. O, əmək fəaliyyətinə 2018-ci ildə dövlət tibb müəssisəsində həkim terapevt kimi başlayaraq 2022-ci ilin mart ayına qədər orada fəaliyyət göstərib. O, 9 mart 2022-ci il tarixindən Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsində təcili yardım həkimi kimi fəaliyyət göstərir. 

Dr.Leyla Fətullayeva  2020-ci ildə COVID-19 pandemiyası ilə mübarizəyə qoşularaq 17 saylı Birləşmiş Şəhər Xəstəxanasında COVİD-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərib. O, daim öz üzərində işləyir, tibbin son nailiyyətlərini öyrənir, ölkəmizdə və xarici ölkələrdə keçirilən müxtəlif konfranslarda, simpoziumlarda və təkmilləşdirmə kurslarında iştirak edib.

O, 2021-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı şəhərində təşkil etdiyi “Təməl Təcili Yardım” kursunda, eyni ildə Azəri Toksikoloqlarının Dərnəyi tərəfindən Bakı şəhərində təşkil olunan “Kəskin Zəhərlənmələrin Prehospital Mərhələdə Diaqnostika və Müalicəsi” təlimində, 2022-ci ildə İsrailin “Ariel” Universitetinin Səhiyyə İdarəetmə Departamentinin professoru, Mental Sağlamlıq Mərkəzinin direktoru Anatoliy Kreininin ölkəmizə səfəri çərçivəsində “Posttravmatik stres pozuntusu bio-psixi-sosial problem kimi” mövzusunda ikigünlük seminarda, 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azəri Toksikoloqlarının Dərnəyinin birgə təşkilatçılığı ilə “ÜST-nin qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi”nə həsr edilmiş “Uşaqlarda qurğuşun zəhərlənməsinin profilaktikası” mövzusunda Dəyirmi masada məruzəçi qismində iştirak edib. O, 5 elmi iş, 1 məqalə, 4 tezis və 3 metodik vəsaitin müəllifidir.

Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin çağırış nömrəsi 905-dir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment