7 may 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060066ISIN-li, 90 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 91.9525 (8.8%)manat və 92.8269(7.7699%)manat olan 37 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.2910 (8.3989%)manat, orta ölçülmüş qiyməti isə 92.4582 (8.2019%)manat olaraq müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 107,425,000 manat,yerləşdirilmiş həcmi isə79,712,200 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 06.05.2025-ci ildir.
Hərrac iştirakçıları 8 may 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.