1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk geniş tərkibdə işgüzar səfəri
23.04.2024

22 aprel 2024-cü il tarixindən Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) və  Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin, həmçinin bir sıra bankların sədrlərinin iştirak etdiyi Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhərinə ilk işgüzar səfəri başlayıb. 

Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası və ABA-nın birgə təşkilatçılığı ilə baş tutan işgüzar səfərin birinci günündə ABŞ Dövlət Departamenti, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC)tərəfindən “Avrasiyadakı geosiyasi dəyişikliklər fonunda ABŞ-ın maliyyə siyasəti” mövzusunda brifinq təşkil edilmişdir. 

Görüş çərçivəsində AMB-nin idarə heyəti sədrinin birinci müavini Rəşad Orucovun və ABA-nın prezidenti Zakir Nuriyevin açılış nitqindən sonra, Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev tərəfindən “Çirkli pulların yuyulması/terrorizmin maliyyələşdirilməsi ilə mübarizə” sahəsində Azərbaycanda görülmüş işlər barəsində təqdimat keçirilmişdir.Həmçinin görüş iştirakçıları ilə mövzu ətrafında müzakirlər aparılmış, suallar cavablandırılmış, belə görüşlərin davamlı olmasının önəmi və birgə maarifləndirici tədbirlərin keçirilməsinin önəmi vuğulanmışdır.

Missiyanın ilk gününün növbəti görüşü Amerika Banklar Assosiasiyasının (Assosiasiya) Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası ilə olmuşdur. Görüşdə Assosiasiya tərəfindən “Amerika bankları ilə müxbir bank əlaqələrinin qurulması: sadədən ən yaxşı təcrübələrə qədər” başlığı altında vorkşop keçirilmişdir. Görüş zamanı ABA-nın icraçı direktoru Yunus Abdulov tərəfindən bank sektoruna dair təqdimat keçirilmiş, iclas istirakçıları müxbir münasibətlərin qurulması, ticarətin maliyyələşdirilməsi, ABŞ bank sektorunda yeni inkişaf trendləri və digər mövzularda müzakirələr aparmışlar. 

Missiya iştirakçılarını həmin gün Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim qəbul etmişdir. Səfir bu kimi missiyaların təşkilinin tərəflər arasında konstruktiv dialoqun və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verdiyini və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsində bank-maliyyə sektorunun da rolunun önəmli olduğunu qeyd etmişdir. 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment