1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


TuranBank 2024-cü ilin I rübünün nəticələrini elan edib
16.04.2024

Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən TuranBank ASC 2024-cü ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

1 aprel 2024-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 7.4% və ya 61 mln. manat artaraq 883.7 mln. manat olub. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın müştərilərə verilmiş kreditləri ötən ilin analoji dövrü ilə müqayisədə 13.5% və ya 75.7 mln. manat artaraq 635 mln. manat, biznes müştərilərinə verilmiş kreditləri isə 15.7% və ya 50 mln. manat artaraq 369.6 mln. manat təşkil edib. Bankın cəmi depozit portfeli ötən ilin sonu ilə müqayisədə 0.7% və ya 3 mln. manat artaraq 461.9 mln. manat, o cümlədən fiziki şəxslərin depozitləri 1.9% və ya 7.6 mln. manat artaraq 402.2 mln. manat olub ki, bu da müştərilərin Banka inamının yüksək olmasının göstəricisidir.

Bununla yanaşı ölkəmizdə sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan, özəl sektorun inkişafına öz töhfəsini verən TuranBank III Aqrobiznesin İnkişafı Forumunda “2023-cü ildə mikrokreditləşmədə rəqabətliyin artımına ən çox töhfə verən bank” nominasiyasında mükafat qazanıb.

Hesabat dövründə TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Zaqatala rayonunda yerləşən heyvan sığınacağını ziyarət edərək heyvanları qida, tibbi ləvazimatlar və digər bütün zəruri ehtiyaclarla təmin edib, həmçinin bütün satış nöqtələrinin qarşısında soyuq, qarlı havadan müdafiə olunması məqsədilə sahibsiz küçə pişiklər üçün evciklər quraşdırılmasını və onların daim yem, su ilə təmin olunmasını həyata keçirib. Təsadüfi deyil ki, Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Bankçılıq Mükafatları - 2023” tədbirində “Korporativ sosial məsuliyyət” və “Özünüməşğulluq Proqramında iştirak” nominasiyaları üzrə mükafatla təltif edilib.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır…

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment