Xarici ticarət iştirakçıları arasında sorğu keçirilir
İdxal-ixrac əməliyyatları zamanı sahibkarların qarşılaşdıqları çətinliklər və ehtiyaclar öyrəniləcək.
“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı 2024-cü il üçün Yol Xəritəsi” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən xarici ticarət iştirakçıları arasında sorğu keçirilir.
Sorğunun məqsədi idxal və ixrac əməliyyatları zamanı mövcud çətinliklərin və ehtiyacların müəyyən olunması, onların aradan qaldırılması üzrə tədbirlərin görülməsidir. Sorğu elektron formada keçirilir və 13 qiymətləndirmə sualından ibarətdir.
Xarici ticarət iştirakçılarından aşağıdakı linkə keçid etməklə sorğuda iştirak etmələrini xahiş edirik:
https://forms.gle/18LiqXbep9NdKk3W6