1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Orucun insan orqanizminə faydaları
08.04.2024

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr.Şəbnəm Əlirzayeva “Həkim məsləhəti” rubrikasında “Orucun insan orqanizminə faydaları” mövzusunda ətraflı məlumat verib.

Bütün dünya müsəlmanlarının sevdyi Ramazan hammız üçün mənəvi kamilliyin nəfs üzərində qələbəsi deməkdir. Ramazan ayı insanlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, onları təmiz vicdanlı, insaflı olmağa yönəldir və bütün bunlar orucla ifadə olunur. Bu ayda bütün müsəlmanlar imkansızlara əl tutur, qocalara, yaşlılara yardım edirlər.

İslamın təməl ibadətlərindən biri də orucdur. Onun insan orqanizminə heç bir zərəri yoxdur. Əksinə, öd kisəsi, bağırsaqlar, böyrəklər və qaraciyər orqanları üçün sağlamlıq baxımından çox faydalıdır. Oruc bir il ərzində dayanmadan işləyən mədə ilə birgə bütün həzm sisteminin və insan bədəninin dincəlməsinə kömək edir. Bədəndə olan yağların yanmasını sürətləndirir, əmələ gəlmiş piy hüceyrələrini hərəkətə gətirir. Zehni qabiliyyəti möhkəmləndirir. Bədəni stress, aclıq kimi çətin şəraitə qarşı gücləndirir. Dərini canlandırır və parlaqlıq verir, immun sistemini möhkəmləndirir. Oruc tutmaq xərçəng və alsheymer xəstəliyinin qarşısını alır, ürəyi qoruyur, 2-ci tip diabet riskini azaldır, hüceyrələri yeniləyir.

Ramazan ayı oruc tutanlar üçün qidalanma və həyat tərzinin dəyişdiyi bir aydır. Qidalanma saatları kəskin dəyişdiyinə görə orqanizmdə bəzi dəyişikliklər yaranır. Orucluq zamanı iftar və imsak yeməkləri mütləq yeyilməlidir. Səhər imsak vaxtı yemək yemədən yalnız su içmək zərərdir. İmsakda yavaş sorulan, qan şəkərini yavaş yüksəldən və qida dəyəri yüksək olan, tox saxlayan yeməklərə üstünlük verilməlidir: süd, qatıq, pendir, yumurta, kəpəkli çörək, xiyar, pomidordan hazırlanmış salat və meyvələr yemək faydalıdır. İmsakdan ən azı yarım saat sonra yatmaq olar.

İftarda qan şəkəri çox aşağı düşdüyü üçün qısa zamanda çox miqdarda qida qəbul etmək olmaz, boş mədəni anidən yükləməyin. Bu səbədən iftar 2 hissəyə bölünərək edilir. İftarı 1-2 stəkan su və 1 ədəd quru xurma ilə açaraq yüngül bir kasa şorba və bir dilim kəpəkli çörəklə başlamaq olar. 10-15 dəqiqədən sonra az yağlı ət yeməyi, tərəvəz yeməyi və ya salatla davam edə bilərsiniz. İftardan 1-2 saat sonra açıq havada qısa məsafəli yürüş həzmə kömək edəcək.

Mədə-bağırsaq xəstəlikləri, xüsusilə mədə xorası, qastriti olanlara, ürəyin işemik xəstəliyindən, yüksək arterial təzyiqdən əziyyət çəkənlərə, onkoloji xəstələrə, ağır şəkərli diabet xəstələrinə, hamilə və süd verən qadınlara, oruc tutduğu təqdirdə xəstəliyinin artacağından ehtiyat edənlərə, uzaq səfərə çıxanlara, yaşlı şəxslərə, çox ağır iş şəraitində çalışanlara, yetkinlik yaşına çatmayan uşaqlara oruc tutmaq məsləhət deyil.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment