|
|
|
Digər xəbərlər | | | "Yaşıl layihə" nədir? |
05.04.2024 | |
| |
"Yaşıl layihələr” Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kredit mexanizmi üzrə 2024-cü il üçün müəyyənləşdirilmiş prioritet istiqamətlərdəndir. Məhsulların istehsalında və texnologiyaların inkişafında istixana qazı emissiyalarını azaltmağı hədəfləyən və ya təmiz enerjidən istifadəni dəstəkləyən biznes təşəbbüsləri “yaşıl layihələr” hesab olunur. Belə layihələrə enerji effektivliyi, bərpa olunan enerji, tullantıların idarə edilməsi, təkrar emal, suyun mühafizəsi, nəqliyyat və davamlı mobillik, davamlı kənd təsərrüfatı və dairəvi iqtisadiyyat üzrə təşəbbüsləri nümunə göstərmək olar.
Sahibkarlar bu layihələr üzrə SİF-in güzəştli kreditlərindən yararlana bilərlər.
|
|
|
|