1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank “Azərbaycan üçün Qadın Səlahiyyətləndirmə Mərkəzləri” layihəsinə qoşulub
04.04.2024

Sizin yerli Avropa bankınız – AccessBank, ölkəmizin regionlarında qadın sahibkarlara dəstək layihəsinə qoşulub. AccessBank qadınlara sahibkarlıq sahəsində uğur qazanmaq üçün lazım olan məsləhət xidmətləri, resurslar və kommunikasiya imkanları yaradır. 

«Azərbaycan üçün Qadın Səlahiyyətləndirmə Mərkəzləri» layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilir və Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) tərəfindən AccessBank-ın dəstəyi ilə həyata keçirilir.Layihə 2022-ci ilin oktyabr ayından başlayıb və 2024-cü ilin sentyabr ayına qədər davam edəcək. Layihə çərçivəsində Bakı, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Salyan və Şəkidə (kəndlər daxil olmaqla) təlimlər təşkil edilir.

Layihənın məqsədləri qadınların bilik və bacarıqlarını inkişaf etdirərək peşəkar şəbəkələr yaratmaqla onların sahibkarlıq fəaliyyəti və ya keyfiyyətli işlərdə iqtisadi imkanlarını artıraraq sosial-iqtisadiiştirakı və liderliyinə dəstək göstərmək, qadınların ehtiyac və istəkləri əsasında sahibkarlıq və biznes bacarıqlarını gücləndirmək, və onların davamlı cəmiyyətlə əlaqəsini gücləndirməkdən ibarətdir.  

İndiyə kimi Salyanda keçirilən təlimə 9 nəfər, Xaçmazda – 18 nəfər, Bakıda isə 19 nəfər cəlb edilib. Xaçmaz şəhərində10 gün davam edən “Qadınlar bizneslə məşğul olur” təlim kursundaliderlik, kommunikasiya, maliyyə və satışın proqnozlaşdırılması, marketinq, maliyyə planı, biznes planı kimi mövzular keçirilib.Əlavə olaraq,AccessBank-ın Baş Ofisində qadınlar üçün “Biznesdə stresin idarə edilməsi” mövzusunda təlim keçirilib, xanımlara stresli situasiyalarda davranış qaydaları və stres ilə mübarizə yolları barədə məlumat verilib.

AccessBank tərəfindən təlimçi qismində Marketinq departamentinin rəhbəri Yuliya Jurenkova və Mikro və Aqro müştərilər üzrə Menecer Elməddin Hacıyev cəlb ediliblər. 

“Layihədə iştirakımız korporativ sosial məsuliyyət tədbirlərinin tərkib hissəsidir. Biz, Azərbaycanda sahibkarlığın potensialının inkişafına daim dəstək oluruq. Təlimlərin gedişatı vənəticələr kifayət qədər uğurludur, biz, bundan sonra da qadın sahibkarları bizneslərini uğurla inkişaf etdirmək üçün lazımi resurs və biliklərlə təmin edəcəyik. Bu, mühüm layihəyə töhfə  verən və əməkdaşlıq edən hər kəsə təşəkkürümü bildirirəm”,- AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.


CIPE:

Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) idarəetmə və iqtisadi inkişafın birləşməsində fəaliyyət göstərən, yerli çətinliklərə biznes assosiasiyaları, beyin mərkəzləri və digər təşkilatlarla əməkdaşlıq edərək özəl sektora yönəlmiş həllər həyata keçirən biznes yönümlü QHT-dir. CIPE-ninmissiyalarından biri özəl sahibkarlığı və bazar yönümlü islahatları gücləndirməkdir.

AccessBank:

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment