KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib
Qəbulda sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılacağı və həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin rəhbər heyəti qəbulda iştirak edən sahibkarların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Qəbul zamanı qaldırılan məsələlərin araşdırılacağı və Agentliyin səlahiyyətləri çərçivəsində həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi bildirilib.
Qeyd edək ki, sahibkarlar KOBİA-nın www.smb.gov.az internet səhifəsindəki “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə KOBİA nümayəndələrinin qəbuluna yazıla bilərlər.