|
|
|
Digər xəbərlər | | | Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçü |
03.04.2024 | |
| |
Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün növbəti təlim keçirilib.
3 aprel 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq “Uşaqlarda inhalyasiya terapiyası” mövzusunda növbəti maarifləndirici təlim həyata keçirilib.
Təlim zamanı Mərkəzi Gömrük Hospitalının pediatrı Şahnaz Zamanlı mövzu ilə əlaqəli təqdimatla çıxış edib. O, təlim zamanı uşaqlarda tənəffüs yollarının xüsusiyyətləri, inhalyasiya terapiyasının üstünlükləri, inhalyasiya terapiyasında dərmanların verilmə qaydası və müasir tibbdə inhalyasiya terapiyasında istifadə olunan cihazlar barədə ətraflı məlumat verib. Şahnaz Zamanlı təlimin sonunda tələbələri maraqlandıran sualları cavablandırıb.
|
|
|
|