1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib
29.03.2024

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, əməkdaşlar, həkim-rezidentlər və könüllü gömrükçülər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra tədbir iştirakçıları31 mart qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün tarixindən danışaraq, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım barədə ətraflı məlumat verib. 

Rəis müavini İsmayıl Əfəndiyev qeyd edib: “Bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan bu həqiqətlər Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində üzə çıxarılmış, xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixində 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə imzaladığı Sərəncamından sonra hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir”. 

Tədbirdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sənədli film nümayiş olunub. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə tədbirdə çıxış edərək 31 mart azərbaycanlıların soyqırımı zamanı erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət, məhv edilmiş və yerlə yeksan edilmiş kəndlər barədə məlumat verib. 

Tariximiz bizim milli kimliyimiz, milli yaddaşımızdır. Biz daim millətimiz və xalqımızın tarixinə yazılanları bilməli və unutmamalıyıq. Bu baxımdan 31 mart qurbanları da tarixin yaddaşından silinməyəcək, bu soyqırım daim xalqımız tərəfindən xatırlanacaq və qurbanların xatirəsi əziz tutulacaq. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment