11-26 mart 2024-cü il tarixlərində Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, t.e.d.,Dr.Aynur Səfiyeva Koreya Universitetinin Anam Hospitalında Kolorektal cərrahiyyə və endoskopiya üzrə təkmilləşmə kursunda iştirak edib.
Kursun məqsədi kolorektal cərrahiyyə sahəsində Koreya təcrübəsindən yararlanmaq, burada cərrahi əməliyyatlar üzrə mövcud yenilikləri, texnologiyaları öyrənmək, endoskopiya üzrə isə endoskopik mukozalı rezeksiyalar, geniş əsaslı poliplərin mukozalar səviyyəsindən götürülməsi, endoskopik mukozalı və endoskopik submukozalı rezeksiyaların incəliklərinin öyrənilməsidir. Kursun sonuncu günü Dr.Aynur Səfiyevaya sertifikat təqdim edilib.
Aynur həkimin sözlərinə görə, təkmilləşdirmə kursu çox məhsuldar və faydalı keçmiş, bu günlər ərzində o, koreyalı həmkarları ilə ünsiyyətdən xoş təəssüratlar qalıb və koreyalılar çox mehribandırlar.