19 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060033ISIN-li, 150 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 91.8479 (8.9245%)manat və 93.8317 (6.61%)manat olan 50 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.3266 (7.1899%)manat, orta ölçülmüş qiyməti isə 93.4951(6.9958%)manat olaraq müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 366,024,500 manat,yerləşdirilmiş həcmi isə 68,452,200 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 18.03.2025-ci ildir.
Hərrac iştirakçıları 27 mart 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.