“Tanıtım rubrikasında” Sizə pasiyentlərə intensiv terapiya və reanimasiya tədbirlərini uğurla həyata keçirən Mərkəzi Gömrük Hositalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin yüksəkixtisaslı anestezioloq-reanimatoloqu Könül Həsənovanı təqdim edirik.
DR.KÖNÜL HƏSƏNOVAMərkəzi Gömrük Hospitalındaümimi anesteziya, regionalanesteziya, traxeyanın inturbasiyası və eksturbasiyası, mərkəzi damarlara kateterin qoyulması, invaziv və non-invaziv monitorinq, ağciyərlərin invaziv və non-invaziv ventilasiyası, lumbal punksiya və onurğa beyin mayəsinin alınması, bronxoskopiya ilə bronxların lavajı, defibrilasiya və kardioversiya, ürək daxili inyeksiya və digər prosedurları həyata keçirir. Həkim haqqında ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://customshospital.az/konul-hesenova/
Dr.Könül Həsənova 1996-1998-ci illərdə İran İslam Respublikası Şəhid Babayi Universitetində müalicə işi fakültəsində, 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb. Könül həkim 2004-2005-ci illərdə M.Ə.Əfəndiyev adına 2 saylı klinik xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsində anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçib. O, əmək fəaliyyətinə 2011-ci ildəNaxçıvan Muxtar Respublikasındadövlət tibb müəssisəsində anestezioloq-reanimatoloq kimi başlamış və 2013-cü ildənetibarən Mərkəzi Gömrük HospitalınınƏməliyyatxana, Anesteziologiya və Reanimasiya anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir.
Daim öz üzərində çalışan və tibbin son nailiyyətlərini fəaliyyətində tətbiq edən Könül həkim müxtəlif illərdə Azərbaycanda və xaricdə keçirilən çoxlu sayda konfrans və elmi tədbirlərdə iştirak edib. O, 2011-ci ildə Türkiyənin İzmit şəhərində yerləşən Kocaeli Egitim-Araştırma Xəstəxanasında təkmilləşdirmə kursunda, 2013-cü ildə Türkiyənin Ankara şəhərində Atatürk Eğitim-Araşdırma Xəstəxanasında təkmilləşdirmə kursunda, 2014-cü ildə Türkiyənin İzmir şəhərində Ege Universiteti Xəstəxanasında Perfuziologiya kursunda və Azərbaycanda keçirilən müxtəlif tibbi elmi tədbirlərdə iştirak edib.
Könül həkim 2022-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə və 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə nazirliyi tərəfindən Fəxri Fərman ilə təltif olunub.