2024-cü ilin iki ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 647 layihənin maliyyələşdirilməsinə 23,2 milyon manat güzəştli kredit verilib.
Yanvar və fevral ayları ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Yelo Bank" ASC, "Rabitəbank" ASC, "Bank of Baku" ASC və "AccessBank" QSC fərqlənib.
Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Rabitəbank" ASC, "Yelo Bank" ASC və "Kapital Bank" ASC daxildir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Bu kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.