13 mart 2024-cü il tarixində Bakı Fond Birjası və Astana Yaşıl Maliyyə Mərkəzinin nümayəndələri arasında memorandum imzalanıb.
Qarşılıqlı razılaşmanın əldə olunmasında əsas məqsəd “Yaşıl Maliyyə” sahəsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsidir.
Tədbirdə Bakı Fond Birjasının üzvü olan İnvestisiya Şirkətləri də iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan etmişdir. Eyni zamanda, Azərbaycan 2024-cü ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına - COP29-a ev sahibliyini edir.
Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl" iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır.