|
|
|
Neft və qaz | | | SOCAR-ın prezidenti Konqo Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi ilə görüşüb |
07.03.2024 | |
| |
5 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Konqo Respublikası Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi xanım Fransuaz Joli ilə görüşüb.
Görüşdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın müxtəlif ölkələrdəki fəaliyyəti, tərəfdaşlarla birgə icra edilən layihələr barədə məlumat verilib.
Tərəflər neft-qaz sektorunda müxtəlif istiqamətlərdə, o cümlədən neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
|
|
|
|