|
|
|
Banklar | | | Kapital Bank ABA tərəfindən 6 nominasiyada mükafatlandırıldı |
06.03.2024 | |
| |
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ənənəvi “Bankçılıq Mükafatları – 2023”ün qalibləri müəyyən olunub və Kapital Bank 6 nominasiyada təltif olunub.
Kapital Bank 2023-cü il üzrə “Korporativ sosial məsuliyyət”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Dayanıqlı bankçılıq üzrə layihələr”, “Özünüməşğulluq Proqramında iştirak”nominasiyaları üzrə mükafata layiq görülüb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk,Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
|
|
|
|