05 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070064ISIN-li, 150 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 94.80(8.8953%)manat və 97.2614 (7.50%)manat olan 53 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.3701 (8%) manat, orta ölçülmüş qiyməti isə 96.6203 (7.8590%)manat müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 385,121,200 manat,yerləşdirilmiş həcmi isə 225,000,000 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 03.03.2026-cı ildir.
Hərrac iştirakçıları 6 mart 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.