|
|
|
Fond birjası | | | BOKT "Embafinans" QSC-nin istiqrazlarının “Ticarətə Başlama Zəngi” mərasimi keçirilmişdir |
01.03.2024 | |
| |
1 mart 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT "Embafinans" QSC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Ticarətə Başlama Zəngi” mərasimi keçirilmişdir. 1,500,000 (bir milyon beş yüz min) manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
Ticarətə başlama mərasimində emitent tərəfindən Embafinans, birja üzvü tərəfindən ABB-İnvest investisiya şirkəti və BFB-nin nümayəndələri iştirak etmişdir.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” baş tutmuş və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılmışdır.
|
|
|
|