|
|
|
Sığorta | | | Mərkəzi Bankın məlumatı |
16.02.2024 | |
| |
Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 31 yanvar 2024-cü il tarixli Fərman imzalanmışdır.
Qeyd edilən Fərman əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv edilmişdir.
|
|
|
|