|
|
|
Banklar | | | ABA üzvləri ilə “Bank of New York Mellon”-nun nümayəndə heyəti arasında görüş keçirilib |
12.02.2024 | |
| |
09 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvlərinin rəhbər şəxsləri ilə “Bank of New York Mellon”-nun Bakıda səfərdə olan nümayəndə heyəti arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan bankları ilə “Bank of New York Mellon” arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.
|
|
|
|