1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


KOBİA-nın nümayəndə heyəti Avstriyada səfərdə olub
02.02.2024

KOBİA-nın nümayəndə heyəti Avstriyada səfərdə olub 

Səfər Azərbaycan və Avstriyanın iş adamları arasında əlaqələrin genişləndirilməsi, əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi, KOB-lara göstərilən dəstək alətləri barədə qarşılıqlı məlumat və təcrübə mübadiləsi məqsədilə təşkil olunub.

Azərbaycan və Avstriyanın işgüzar dairələri, xüsusilə KOB subyektləri arasında əlaqələrin genişləndirilməsi, mümkün əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi, eləcə də bu ölkədə biznesə dəstək alətləri barədə məlumat və təcrübə mübadiləsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Vyana şəhərində səfərdə olub.

Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində Avstriyanın biznesə dəstək göstərən müxtəlif qurumlarında görüşlər keçirilib.  

Avstriya Biznes Agentliyinin idarəedici direktoru Rene Tritsçer və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüşdə hər iki ölkənin biznesə dəstək mexanizmləri barədə qarşılıqlı məlumat verilib, iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə mövcud potensialdan istifadə və hər iki qurumun prosesə verə biləcəyi dəstək müzakirə edilib. “B2B” əlaqələrin genişləndirilməsi, eləcə də agentliklər arasında sistemli məlumat və təcrübə mübadiləsinin aparılması üçün əməkdaşlıq sənədinin imzalanması, biznesin müxtəlif sahələri üzrə qarşılıqlı biznes missiyaların təşkili də görüşdə müzakirə edilən məsələlər arasındadır.  

Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Filip Qadi ilə görüşdə iş adamları arasında biznes və ticarət sahəsində əlaqələrə, investisiya qoyuluşu imkanlarına, işgüzar əməkdaşlığın daha da genişləndirilməsi üçün KOBİA və palatanın birgə təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb. 

Avstriyanın Federal Əmək və İqtisadiyyat Nazirliyinin şöbə müdiri Florian Frauşer ilə görüşdə ölkələrimiz arasında biznes sahəsində əməkdaşlıq imkanları, iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin reallaşdırılmasına dəstəyə dair fikir mübadiləsi aparılıb. 

Avstriya-Azərbaycan Ticarət Palatasının nümayəndələri ilə görüşdə isə palatının hər iki ölkənin iş adamları arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verdiyi vuğulanıb, palatanın ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün planları, işgüzar dairələr arasında əməkdaşlığın inkişafı üçün KOBİA-nın dəstəyi müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycanın Avstriyadakı Səfirliyində KOBİA nümayəndələri və azərbaycanlı iş adamları arasında görüş keçirilib. Görüşdə Avstriyada çalışan azərbaycanlı iş adamlarının fəaliyyətinə, iki ölkə arasında investisiya qoyuluşu, ticarət əlaqələrinin inkişafı və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 

Səfər zamanı həmçinin KOBİA nümayəndələri Vyana şəhərində azərbaycanlı sahibkarın "GalerieGünes" xalça mağazasında, “Meixner Vermessung” şirkətində olublar. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment