23.01.2024-cü il tarixində, saat 16:00-da “Qala Həyat Sığorta” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5a ünvanında yerləşən ofisində Cəmiyyətin Səhmdarlarının Ümumi Yığıncağının iclası çağırılır.
İclasın gündəliyi:
· “Qala Həyat Sığorta” ASC-nin 2024-cü il büdcəsinin təsdiq olunması barədə;
· “Qala Həyat Sığorta” ASC-nin Nizamnaməsinə dəyişiklik edilməsi barədə;
· “Qala Həyat Sığorta” ASC-nin Direktorlar Şurasının Əsasnaməsinə dəyişiklik edilməsi barədə;
· “Qala Həyat Sığorta” ASC-nin İdarə Heyətinin Əsasnaməsinə dəyişiklik edilməsi barədə;
· İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər barədə.