1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Apple Pay TuranBank-da – ilk ödənişdə 5 AZN keşbek!
07.12.2023

TuranBank Visa kart sahibləri artıq Apple Pay vasitəsilə ödənişləri tam təhlükəsiz şəkildə edə bilərlər. Belə ki, bu gündən Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, POS-terminal düymələrinə toxunmadan və ya nağd pula ehtiyac olmadan ödəniş edəcəklər. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur.

Ödənişi həyata keçirmək üçün müştərinin iPhone telefonunu və ya Apple Watch saatını POS-terminala yaxınlaşdırması kifayətdir. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı şəkildə qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Apple Pay ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə qeydiyyatdan keçməyə və uzun məlumat formalarını doldurmağa ehtiyac qalmadan ödənişlər etmək mümkündür.  

TuranBank Visa kartını Apple Pay-də aktivləşdirmək çox asandır. Sadəcə TuranBank tətbiqinə daxil olub, kartı seçib “Add to wallet” düyməsini sıxdıqdan sonra, istifadə qaydalarını qaydalarını qəbul etmək TuranBank kredit və ya debet kartınızı əlavə etməyiniz üçün kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Həmçinin, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənən tətbiqlərdə və ya Safari internet brouzerlərində açılan saytlarda da rahat və sürətli alış-veriş edə bilərlər.

Qeyd edək ki, TuranBank, Apple Pay ödəniş sisteminin yeni istifadəçiləri üçün kampaniyaya start verib. Belə ki, Apple Pay xidmətinə qoşulmuş TuranBank Visa kart sahibləri ilk ödənişdə 5 AZN keşbek qazanacaqlar. Qeyd edək ki, minimum ödəniş məbləğı 10 azn təşkil edir. Kampaniya 7 dekabr 2023 – 7 yanvar 2024-cü il tarixlərini əhatə edir. Bundan sonra da Apple Pay istifadəçiləri TuranBank-ın təklif etdiyi keşbek və endirimlərdən faydalanmağa davam edə biləcəklər. 

Təhlükəsizlik və məxfilik Apple Pay-in əsas üstünlüklərindəndir. Apple Pay-ə əlavə etdiyiniz kredit və ya debet kartınızın məlumatları cihazınızda və ya Apple serverlərində saxlanılmır. Əvəzində karta unikal cihaz qeydiyyat nömrəsi verilirək şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz Element” çipində əminliklə saxlanılır. Apple Pay haqqında ətraflı məlumat üçün: https://www.apple.com/apple-pay/

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin daha da genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirən Bank şəhər və regionlarda yeni filial və şöbələrin açılması istiqamətində işlərini davam etdirəcəkdir.

TuranBank-ın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank

Bizimlə etibarlıdır…


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment