6 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Embafinans” QSC-nin ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
8 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında BOKT “Embafinans” QSC istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
İllik faiz dərəcəsi
|
Hərrac tarixi
|
Tədavül müddəti
|
Kupon faizlərinin ödəniş müddəti
|
AZ2011020602
|
Faizli təmin edilməmiş sənədsiz adlı
|
1000
(ədəd)
|
1,000 manat
|
11%
|
08.12.2023
|
18 ay
|
hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)
|
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (
https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.