30 noyabr, 2023-cü il tarixində Bakı Fond Birjasında “İnternational” BOKT ASC-nin tədavül müddəti 60 ay, nominal dəyəri 1000 manat olan AZ2006021029 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Hərrac zamanı 2 investor tərəfindən qiymət intervalı 1000 (18%) manat və 1001 (17.9820%) manat olan 2 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti 1000(18%) manat, orta ölçülmüş qiyməti isə 1000.0338 (17.9999%) manat olaraq müəyyən edilmişdir. İstiqrazların illik faiz dərəcəsi 18 % , faiz ödəniş dövrü isə hər 30 gündən bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,035,000 manat, yerləşdirilmiş həcmi isə 1,000,000 manat təşkil edilmişdir.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların ödəmə tarixi 30.11.2028-ci ildir.