1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB və KPMG-Azərbaycanın təşkilatçılığı ilə “Rəqəmsal Ödənişlər Dialoqu” keçirildi
30.11.2023

Ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafına töhfə verən ABB-nin və KPMG Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə Rəqəmsal Ödənişlər Dialoqu  keçirilib. Tədbirin əsas mövzusu ödəniş sistemləri ilə bağlı yeniliklərə, o cümlədən bu yeniliklərin hüquqi tənzimlənməsi məsələlərinə həsr edilib. Rəqəmsal Ödənişlər Dialoqunda müxtəlif dövlət və özəl qurumların, məhkəmələrin təmsilçiləri, ABB-nin korporativ müştərilərindən bir qrupu, ayrı-ayrı bankların nümayəndələri, eləcə də xarici ölkələrdən gəlmiş ekspertlər iştirak ediblər. 

Tədbirdə ödəniş sistemləri ilə bağlı yerli və xarici təcrübəyə diqqət yönəlib. Ödəniş xidmətlərində yeni tənzimləmələr, onların maliyyə institutlarına təsiri, elektron pulun tənzimlənməsinin hüquqi aspektləri ilə bağlı ətraflı məlumatlar verilib. Elektron ödənişlərdə lisenziyalaşdırma və nəzarət, məsafədən bank və ödəniş xidmətləri, rəqəmsal ödəniş ekosistemində rəqabət və inkişaf  məsələlərinə nəzər yetirilib. 

Rəqəmsal Ödənişlər Dialoqunda Türkiyənin fintek sektoru ilə bağlı da təcrübə mübadiləsi aparılıb. Açıq Bankçılıq dövründə ödəniş bazarı, postsovet məkanında  ödəniş tendensiyaları təhlil edilib. Müxtəlif suallar ətrafında polemikalar aparılıb. Belə dialoqlarda məqsəd sahənin mütəxəssislərini bir araya gətirmək, rəqəmsal ödənişlərlə bağlı yenilikləri bölüşmək, gələcək üçün faydalı tərəfdaşlıqlar qurmaqdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

KPMG Azərbaycanın təklif etdiyi xidmətlər barədə məlumatları https://kpmg.com/az/en/ rəsmi internet səhifəsindən və ya (012) 404 89 10 nömrəsi ilə əlaqə saxlayaraq, həmçinin rəsmi Facebook, Instagram və LinkedIn səhifələrindən əldə edə bilərsiniz.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment