1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Türkiyənin İstanbul şəhərində keçiriləcək FİNTEX SAMMİT İSTANBUL 2023 tədbirinin spikerləri məlum olub
15.11.2023

Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə Banklar Birliyinin təşkilatçılığı, VISA ilə tərəfdaşlıq çərçivəsində keçiriləcək FINTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirinin spikerləri məlum olmuşdur. Sammit 5-6 dekabr 2023-cü il tarixində, Türkiyənin İstanbul şəhərində, Wyndham Grand Istanbul Levent mehmanxanasında keçiriləcək. Sammitin mövzusu “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik”dir. 

Spikerlərin tərkibi və proqramının tərtibi ilə unikal platforma olacaq Sammitdə Türkiyənin və digər ölkələrin bankçılıq və maliyyə ekosistemində tanınmış ekspertlərin 8 panel müzakirəsi və keynote çıxışlarla iştirak edəcəyi gözlənilir. 

Sammitin panelləri: Rəqəmsal bankçılıq məhsulları və xidmətləri; Maliyyə xidmətlərində texnologiyadan istifadə; Ödəniş sistemləri; rəqəmsal və məsafədən onbordinq; Rəqəmsal bankçılığın tənzimlənməsi; Rəqəmsal maliyyədə AML/CFT; Maliyyə texnologiyaları və trendləri: banklar və ödəniş sistemi təchizatçılarının əməkdaşlığı; ESG və rəqəmsal maliyyə yanaşması.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı, Türkiyə Bank Tənzimləmə və Nəzarət Qurumu, Türkiyə Maliyyə Cinayətləri Araşdırma Şurası, Türkiyə Banklar Birliyi, Azərbaycan Banklar Assosiasiyası, Visa, Ziraat Bankası, Denizbank, Enpara, Papara, İş Bankası, Fibabanka, UPT, Compass Plus Technologies, Türkiyə Kredit Bürosu, Misyon Yatırım Bankası, Aktif Yatırım Bankası, Sechard, Garanti Bankası, Türkiyə Banklararası Kart Mərkəzi, Sipay Digital Money and Payment Services, Yapı ve Kredi Bankası, Şekerbank, Vakıflar Bankası, fraud.com, KPMG, Deloitte, EY, PWC, Pasha Yatırım Bankası, Aktif Bank, Hayat Finans Katılım Bankası, One4All Consultancy and Technology Services Inc., AkÖde, Aktif Ventures, QNB Finansbank, Akbank və digər təşkilatlardan rəhbər şəxslər Sammitdə spiker qismində çıxış edəcəklər.  

Sammitin gündəliyi ilə tanış olmaq və qeydiyyat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://www.gbmevents.az/en/event/finance-and-technologies-expo-fintex-istanbul

FINTEX 2023 tədbirini xatırlayaq: 

- FINTEX SUMMIT 2023 - FINANCE AND TECHNOLOGIES EXPO

Visa Fintex barədə 

- VISA-Cristina Doros-FINTEX SUMMIT 

FINTEX SAMMİT tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.

Sammitə qatılmaq üçün unikal fürsəti qaçırmayın.


Əlaqə vasitələri:

events@gbmevents.az, office@gbmevents.az və info@gbmevents.az


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment