1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Azərbaycanın turizm imkanları Çində keçirilən silsilə tədbirlərdə nümayiş etdirilib
14.11.2023

Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 9-13 noyabrda Çinin Şanxay, Quançjou və Çenqdu şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.

Tədbirlərdə Azərbaycan Turizm Bürosu ilə birgə “Azərbaycan Hava Yolları” QSC, "Baku Marriott Hotel Boulevard", "Gabala Hospitality Group", "Hilton Baku", "Hyatt Regency Baku", “Badamdar Hotel & Residences” hotelləri və 10 yerli turizm şirkəti təmsil olunub.

Çindən olan 150-dək turizm sektoru nümayəndəsini bir araya gətirən tədbirlərdə, həmçinin B2B formatlı görüşlər təşkil olunub.

Tədbirlərdə Azərbaycanın müxtəlif turizm təkliflərini əhatə edən təqdimatlar və videoçarxlar nümayiş etdirilib, Azərbaycanın istirahət turizmi və biznes tədbirləri üzrə potensialı tanıdılıb.

Təqdimatlardan sonra keçirilmiş interaktiv sual-cavab sessiyalarında iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ötən həftə Şanxayda Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi turizm istiqamətinə çevirmək məqsədi daşıyan, turizm sənayesinin çinli turistləri qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək üçün nəzərdə tutulan “China Ready” proqramının təqdimatı baş tutub.

Azərbaycan, həmçinin 15-17 noyabrda Pekində keçiriləcək beynəlxalq Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM) sərgisində təmsil olunacaq.

2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Çindən 20 469 ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfədən çox artım deməkdir.

Son illərdə Azərbaycan Asiyadan olan turistlər üçün cəlbedici səyahət məkanı olaraq dinamik mədəniyyət və biznes mərkəzi kimi nüfuz qazanıb. Hazırda Çindən olan turistlər arasında Azərbaycana maraq müşahidə edilir. Bazar araşdırmaları göstərir ki, Çindən olan ziyarətçilər Azərbaycan tarixinə və mədəni irsinə maraq göstərərək səfər siyahılarına muzeyləri, UNESCO-nun İrs Siyahısına daxil olan məkanları, İpək Yolu üzərində yerləşən şəhərləri əlavə edirlər, həmçinin alış-veriş və qolf oyunu kimi lüks seqmenti seçimlərinə daxil edirlər.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment