|
|
|
Sığorta | | | PAŞA Sığorta Tərtər və Bərdə şəhərlərində yaşayan şəhid və qazi ailələrini ziyarət etdi |
07.11.2023 | |
| |
Hər il vətən uğrunda mübarizə aparmış şəhid və qazilərimizin ailələrinə diqqətini əsirgəməyən, müxtəlif layihələrdə onlara dəstək olan PAŞA Sığorta şirkəti Zəfər Günü ərəfəsində də öz addımını atdı.
Belə ki, PAŞA Sığortanın təşəbbüsü, Tərtər Rayon İcra Hakimiyyəti və YAP Tərtər rayon təşkilatının birgə dəstəyi ilə Bərdə və Tərtər şəhərində yaşayan şəhid və qazi ailələrinə ziyarət təşkil edilib. Ziyarət zamanı onlarla ailəyə ərzaq yardımı həyata keçirilmiş və şirkətin əməkdaşları vətən qazilərinə baş çəkmişdir.
Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
|
|
|
|