Fitch Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın reytinq proqnozunu Stabildən Pozitivə dəyişib. ABB-nin Dayanıqlılıq reytinqi və Emitentin uzunmüddətli defolt reytinqi “BB-” səviyyəsində təsdiqlənib.
Agentliyin rəyində qeyd edilir ki, ABB-nin reytinqlərinə Pozitiv proqnozun verilməsi Bankın daxili kredit gücü ilə bağlıdır. Mövcud reytinqləri ABB-nin etibarlı balans strukturunu, sağlam maliyyə göstəricilərini və yerli bazardakı güclü mövqeyini əks etdirir.
ABB Azərbaycanın ən böyük bankıdır. 2023-cü ilin birinci yarısında sektordakı aktivlərin 26%-i, ölkədəki ümumi bank kreditlərinin 20%-i ABB-yə aid olub. Balans strukturu ABB aktivlərinin üstün keyfiyyətinə və Bankın dayanıqlı gəlirliliyinə əsas yaradır, еləcə də Bank üçün güclü kapital və likvidlik buferinə çevrilir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.