Qısa zaman ərzində suallara cavab tapmağı sevən Bank əməkdaşları bu dəfə bacarıqlarını intellektual oyunda nümayiş etdiriblər. "Yeloqika Pro" adlanan yarış "Nə? Harada? Nə zaman?" formatında baş tutub. Həyəcanverici oyunda 150-ə yaxın iştirakçı, 24 komandanın heyətində mübarizə aparıb. 3 tur və 36 sualdan ibarət yarışda əməkdaşlar öz bilik və intellektual bacarıqlarına əsasən güclərini sınayıblar. Gərgin zəka mübarizəsindən sonra ən çox suala düzgün cavab verən "Marketinq" komandası yarışı qələbə ilə bitirib. İlk üç yerin sahiblərinə kubok, medallar və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Yelo Bank əməkdaşlarının asudə vaxtlarını əyləncəli və səmərəli keçirmələri üçün müxtəlif layihələrə imza atır. Bir müddət əvvəl isə Bankda daxili futbol çempionatı, istedadlar müsabiqəsi və müxtəlif komanda quruculuğu tədbirləri həyata keçirilmişdi.
Yelo Bank bundan sonra da əməkdaşlarına pozitiv iş mühiti yaratmaq üçün faydalı və maraqlı layihələr həyata keçirməyə davam edəcək. Əgər siz də Yelo komandasının bir üzvü olub, parlaq karyera qurmaq arzusundasınızsa, Bankdakı vakansiyalara göz gəzdirin: bit.ly/bank-vakansiya
Yelo Bank vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!