1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank beynəlxalq layihənin tərəfdaşı oldu
05.10.2023

Ölkənin birinci bankı Kapital Bank Azərbaycanda “A-hub Akselerasiya Proqramı”nın tərəfdaşı oldu. Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) dəstəyi ilə keçirilən layihənin açılış mərasimi baş tutdu.

2021-ci ildən etibarən ICESCO-nun üzvü olan ölkələrdə keçirilən layihə innovativ inkişaf sahəsində təşəbbüslərin, biznes subyektlərinin dəstəklənməsi, gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir.

Açılışda iştirak edən ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin məqsədini yüksək dəyərləndirərək proqram iştirakçılarına uğurlar arzuladılar. Kapital Bank-ın Marketinq İdarəsinin Birbank sahəsinin lideri Zakir Xanməmmadov çıxışında bu kimi təşəbbüslərin və startap layihələrin gənclərə yeni imkanlar yaratdığını və  onlarda innovativ düşüncə tərzi formalaşdırdığını qeyd etdi. “Kapital Bank olaraq biz hər zaman motivasiyalı, təşəbbüskar və istedadlı gənclərə dəstək göstəririk. Məhz bu səbəbdən gənc nəslə maraqlı olan müxtəlif layihələrdə tərəfdaş kimi çıxış edirik. Əminəm ki, “A-hub” proqramı yerli startap ekosisteminin inkişafına böyük töhfə verəcək”.

Qeyd edək ki, 2023-cü ildə proqrama qoşulmaq üçün Bakı, Sumqayıt və Gəncə şəhərlərindən 14 komanda müraciət edib. Komandalar 6 həftəlik akselerasiya keçdikdən sonra öz startaplarını milli finalda təqdim edəcəklər. Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanacaqlar.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment