|
|
|
Sığorta | | | ASA-da Türkiyənin sığorta bazarında fəaliyyət göstərən "Ekspar Otomotiv" şirkətinin rəhbərliyi ilə görüş keçirilib |
26.09.2023 | |
| |
Belə ki, Türkiyənin sığorta bazarında zərərlərin tənzimlənməsi mexanizmi üzrə müasir texnoloji həllər təklif edən nüfuzlu “Ekspar Otomotiv” şirkətinin rəhbərliyindən ibarət nümayəndə heyəti ASA-nın dəvəti ilə ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti ilə ASA-nın rəhbərliyi və yerli sığortaçılar arasında görüş keçirilib.
Görüşdə “Ekspar Otomotiv” şirkətinin sığortada zərərlərin tənzimlənməsi ilə bağlı təcrübəsini əks etdirən təqdimat nümayiş olunub və yerli sığorta bazarına mümkün inteqrasiya imkanları müzakirə edilib.
|
|
|
|