Yelo Bank, Futbolun İnkişafı Fondu və FIFA Fondunun birgə dəstəyi ilə keçirilən “Yay düşərgəsi”nin sonuncusu Mingəçevirdə baş tutub. Yeddi gün davam edən düşərgədə sosial baxımdan həssas qrupa aid uşaqlara sosiallaşmaq, öyrənmək və əylənmək üçün əla şərait yaradılıb. İştirakçılar üçün vacib həyat bacarıqları təlimi keçirilib, ətraf-mühitin qorunması, şəxsi gigiyena və yanğın təhlükəsizliyi qaydaları, həmçinin dünya flora və faunası haqda mütəxəssislər tərəfindən məlumatlar verilib. Bununla yanaşı, uşaqlar müasir texnologiyalarla bağlı master-klasda iştirak edib, Mingəçevir Dövlət Dram Teatrına, Heydər Əliyev mərkəzinə, STEAM mərkəzinə və Mingəçevir Su Elektrik Stansiyasına ekskursiya şansı da qazanıblar.
Düşərgənin ən əyləncəli və adrenalinli hissəsi isə iştirakçılar arasında keçirilən futbol qarşılaşması olub. Oyundan qabaq "Mingəçevir” FK-nın futbolçuları və klubun İdarə Heyətinin sədri Ruslan Həmidov, qadın futbolçu Bəsti Rəhimova və peşəkar hakim Rəşad Əhmədov tərəfindən həvəskar futbolçulara məşq keçilib. Düşərgənin son günü isə bütün iştirakçılara hədiyyələr və sertifikatlar təqdim olundu.
Məlumat üçün bildirək ki, bu layihə daha əvvəl Naxçıvanda və Şamaxıda aztəminatlı ailələrin övladları üçün təşkil olunmuşdu. Yelo Bank-ın bu kimi layihələrdə iştirak etməkdə əsas məqsədi uşaq yaşlarından idmana sevgini artırmaq, uşaqların sosial bacarıqlarının inkişafına dəstək olmaqdır.
Bank xidmətləri, eləcə də aqro kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!