1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


SOCAR 2023-cü ilin 2-ci rübünü uğurla başa vurub
27.07.2023

Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 19 min metrə1 yaxın qazma işləri həyata keçirilib. Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan2 çox neft, 2,2 milyard kubmetrdən3 çox qaz hasil olunub. Neft hasilatı nisbətən sabit qalsa da, qaz hasilatında əvvəlki illin analoji dövrü ilə müqayisədə 14,3% artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,5 milyon ton4 neft və 11,9 milyard kubmetr5 qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artıb.

Hesabat dövründə SOCAR tərəfindən dünya bazarlarına 4,6 milyon tondan6 çox xam neft, Gürcüstan bazarına isə təqribən 68 milyon kubmetr7 təbii qaz ixrac olunub. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir. Ümumilikdə isə ölkə üzrə 7 milyon tondan8 çox neft, 5,6 milyard kubmetrdən9 çox qaz ixrac edilib. Qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 4,2% artım qeydə alınıb.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona10 yaxın neft, 857 milyon kubmetrə11 yaxın təbii qaz emal olunub. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8% artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 610 min ton12 neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,2% çoxdur. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı 2,5 milyard kub metr13 təşkil edib.

Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.

1. 18.830 metr

2. 1.930.974 ton

3. 2.235.127.300 kubmetr

4. 7.474.541 ton

5. 11.904.762.500 kubmetr

6. 4.649.884 ton

7. 67.612.432 kubmetr

8. 7.022.006

9. 5.686.049.000 kubmetr

10.1.575.320 ton

11. 856.530.459 kubmetr

12. 610.003 ton

13. 2.476.456.000 kubmetr

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment