1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Həyat və PAŞA Sığorta şirkətlərinin Naxçıvan nümayəndəliklərinin açılışı baş tutdu!
26.07.2023

25 iyul 2023-cü il tarixində Naxçıvan şəhərində məskunlaşan əhaliyə peşəkar sığorta xidmətlərinin göstərilməsi məqsədilə ölkənin lider həyat və qeyri-həyat sığorta şirkətləri olan “PAŞA Həyat Sığorta” ASC və “PAŞA Sığorta” ASC-nin rəsmi nümayəndəliklərinin açılışı baş tutub.

Daim müştəri məmnuniyyətinə xüsusi diqqət ayıran hər iki şirkətin təntənəli açılış mərasimində PAŞA Həyat və PAŞA Sığorta şirkətlərinin İdarə Heyəti sədrləri Niyaz İsmayılov və Ülviyyə Cabbarova, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan MR İqtisadiyyat naziri Tapdıq Əliyev, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulu Asip Kaya, AR Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin Sədri Elçin Əliyev, Naxçıvan Dövlət Universitetinin Rektoru Dosent Elbrus İsayev, həmçinin digər dövlət nümayəndələri, sahibkarlar və sözügedən şirkətlərin əməkdaşları iştirak ediblər.

Tədbirdə “PAŞA Sığorta” ASC İdarə Heyətinin sədri Ülviyyə Cabbarova: “Çox şadam ki, PAŞA Sığorta olaraq artıq Naxçıvan əhalisinə peşəkar xidmətlərimizi təqdim edəcəyik. Qeyd edim ki, bu regionda fəaliyyət göstərmək bizim uzun zamandır var olan istəklərimizdən biri idi. Naxçıvan ofisimizin açılışı ilə birgə biz şirkətimizin regional inkişafı istiqamətində vacib bir addım atmış olduq. Qısa zamanda xidmət  sahəmizi genişləndirərək işğal altından azad olmuş torpaqlarımızda da ofisimizin açılışını reallaşdırmaq planlarımız arasındadır. Azərbaycanın bütün iqtisadi rayonlarında əhaliyə keyfiyyətli sığorta xidməti təqdim etmək bizim qarşımıza qoyduğumuz əsas hədəflərimizdəndir. İnanıram ki, yeni nümayəndəliklərimizin açılışı inkişaf strategiyamızın həyata keçirilməsi ilə yanaşı, sığorta sektorunun regional böyüməsində də əhəmiyyətli rol oynayacaq.”- deyə çıxışında vurğulayıb.

“PAŞA Həyat Sığorta” ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov öz çıxışında: “Bizim üçün qürurvericidir ki, artıq Naxçıvan şəhərində fəaliyyətə başlayırıq. Daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etmək üzərində çalışan PAŞA Həyat 2021-ci ildən etibarən yeni Rəqəmsal Transformasiya strategiyasını tətbiq edir, belə ki, həyat sığortası sahəsində məhsullarımızı təqdim edərək əhaliyə rahat və keyfiyyətli xidmət göstərməyə tam gücümüzlə çalışacağıq. PAŞA Həyat biznes fəaliyyətindən başqa korporativ sosial məsuliyyət layihələrinə də önəm verir və bu çərçivədə biznes maarifləndirmə, təhsilə dəstək və digər sosial fəaliyyətlərimiz ilə faydalı olacağıq.” - deyə bildirib.

Qeyd edək ki, PAŞA Həyat və PAŞA Sığorta şirkətlərinin birgə yeni nümayəndəliyi Naxçıvan şəhəri, Mirzə Ələkbər Sabir küçəsi bina 1D ünvanında yerləşir. Hazırda nümayəndəlikdə ümumi olaraq 5 əməkdaş çalışır.

Tədbirdən sonra hər iki şirkətin nümayəndələri ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment