1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bankın mənfəəti il ərzində 3 dəfədən çox artıb
20.07.2023

Yelo Bank 2023-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqladı. Hesabata görə Bankın əsas maliyyə göstəricilərində pozitiv artım dinamikası davam edir. Cari ilin ilk 6 ayı ərzində Yelo Bank-ın xalis mənfəəti 8.7 mln manat olub. Bankın cəmi aktivləri ötən ilin sonu ili müqayisədə 25 mln artaraq 847 mln manatı ötüb. 

Hesabat dövrü üzrə Bankın faiz gəlirləri 2022-ci ilin analoji dövrü ilə müqayisədə 33% artaraq 52 mln manatdan çox olub. Qeyri-faiz gəlirləri də 5 mln manatı keçib. 

Bankın kredit və əmanət portfelləri böyüməyə davam edir. Ötən ilin analoji dövrü ilə müqayisədə kredit portfeli 147 mln, yəni 27% artaraq 684 mln manatı ötüb. Qeyd etmək lazımdır ki, verilən kreditlərin əsas hissəsi Yelo Bank-ın prioritet istiqamətlərdən olan real sektorun maliyyələşməsinə yönəldilib. Nəticədə biznes portfel də 34% artaraq 444 mln manata çatıb. İstehlak üzrə kredit portfeli də ötən ilin eyni dövrü ilə müqayisədə 33 mln, yəni 17% artaraq 240 mln manata çatıb. Bu satışın 33%-i, eləcə də portfel artımının 37%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

Bankın əmanət şərtləri müştərilər üçün cəlbedici olmağa davam edir. Belə ki, il ərzində 4000-ə yaxın müştəri əmanətlərini Yelo Bank-a etibar edib. Nəticədə bu istiqamət üzrə portfel artaraq 592 mln manata çatıb. 

Hesabat dövrünə Bankın məcmu kapitalı 96 milyon manatı ötüb. Bu da requlyativ tələbdən 46 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.04%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.44% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.

Xatırladaq ki, Yelo Bank 3 illik strategiya planını uğurla başa vurub və bu planda qarşıya qoyulmuş bütün hədəflərə artıqlaması ilə nail olub. Hal-hazırda Bankın növbəti 3 illik strategiyası üzərində iş gedir. Bu yeni strateji dövrdə də Bankın əsas hədəfləri bazarda mövqeyini, real sektora dəstəyini gücləndirmək, rəqəmsal filialların sayını artırmaq, nağdsız dövriyyənin inkişafına töhfə verməkdir. Yelo Bank bundan sonra da müştəri ehtiyaclarını qarşılayan innovativ bankçılıq həlləri təqdim edəcək.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. 

Yelo Bank – Parlaq bankçılıq!

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment