Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzvlüklə bağlı daxil olmuş daha bir müraciətə baxılıb və qəbul edilib.
ASA-dan verilən məlumata görə, “Zəmanət Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin Azərbaycan Sığortaçılar Assosiasiyasına üzvlüklə bağlı ünvanladığı müraciət müsbət qiymətləndirilib və adı çəkilən şirkət ASA-nın üzvlüyünə qəbul edilib.
Broker şirkət ASA-ya üzv olmaqla Assosiasiyanın işçi qruplarının iclaslarında, habelə həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edəcək, bununla yanaşı fəaliyyətinin stimullaşdırılmasında ASA-nın imkanlarından istifadə edə biləcək.
Bununla da ASA-nın üzvlərinin sayı 5-i həyat sığortası şirkəti, 15-i qeyri-həyat sığortası şirkəti, 1-i təkrarsığorta və 3-ü sığorta brokeri şirkəti olmaqla 24-ə yüksəlib.