|
|
|
Dünya xəbərləri | | | Londonda Beynəlxalq neft həftəsi başlanmışdır |
19.02.2013 | |
| |
İngiltərənin paytaxtı Londonda ənənəvi Beynəlxalq neft həftəsi başlanmışdır.
Beynəlxalq neft həftəsi dünyanın müxtəlif ölkələrindən neft, qaz və enerji sektorunu təmsil edən 2 minə yaxın nümayəndənin iştirak etdiyi beynəlxalq forumdur.
Forumun məqsədi enerji sektorunda baş verən beynəlxalq dəyişiklikləri, maliyyə və investisiyaları müzakirə etmək, Afrika, Asiya və Rusiya kimi səciyyəvi regionlara nəzər salmaq və analiz etməkdən ibarətdir.
Tədbir fevralın 20-dək davam edəcəkdir.
Həftə çərçivəsində “Beynəlxalq enerji təhlükəsizliyi”, “Rusiya və MDB ölkələrində neft və qaz sənayesinin inkişafı”, “Faydalı qazıntıların çıxarılmasında texnologiyanın strateji əhəmiyyəti”, “Asiyada enerji təhlükəsizliyi”, “Neft və qaz sənayesinin maliyyələşdirilməsi-beynəlxalq risklər”, “Afrika və Orta Şərqdə neft və qaz sektoruna sərmayə qoyuluşu”, “Qaz ixracı” mövzularında konfranslar və seminarlar keçiriləcəkdir.
www.azertag.com
|
|
|
|