1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank “İlin partnyoru” seçilib
26.05.2023

Unibank həyata keçirdiyi uğurlu layihələrə görə, Compass Plus Tecnologies tərəfindən iki nominasiya üzrə qalib seçilib. Beynəlxalq şirkət “Unibank”ı  “İlin partnyoru-2023” və “Biznesin intensiv inkişafı və innovativ layihələrin uğurla həyata keçirilməsinə görə ambisiya və innovasiya” nominasiyaları üzrə mükafatlandırıb. Beynəlxalq şirkət kimi 30 ildən artıq müddətdə banklar və kart prosessinq mərkəzləri üçün innovativ həllər yaradan Compass Plus,  “Unibank”la 2021-ci ildən əməkdaşlıq edir. Bankın Kart Prosessinq Mərkəzi Compass Plus tərəfindən yaradılan ən son standartlara uyğun TranzAxis prosessinq sisteminə uğurla keçid edib. Bu əməkdaşlığın nəticəsi olaraq,  Apple Pay, Google Pay, Garmin Pay - Token ilə ödənişlərin Azərbaycan bankları arasında ən birincilər sırasında reallaşdırılması, Leobank layihəsi, multivalyutalı UCard-ın buraxılması və digər çox vacib layihələr həyata keçirilib. 

Müasir innovativ tələblərə cavab verən  TranzAxis prosessinq sisteminə keçid bankın kart sayının və kartlar üzrə əməliyyatların da dəfələrlə artmasına imkan yaradıb. Son iki ildə bankın kart sayı 3 dəfədən çox artaraq 2 milyona yaxınlaşıb. Unibank kartları üzrə əməliyyatların sayı da bu müddətdə 11 dəfədən çox artaraq, 20 milyona çatmaqdadır. Yeni sistemə keçid bankın bankomat və pos-terminallarının sayına, eləcə də onların fəaliyyət effektivliyinin dəfələrlə artmasına səbəb olub. 

Hazırda Unibank kartlarına bankın öz Prosessinq Mərkəzi tərəfindən xidmət olunur. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsinə başlanması son illərdə ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv prosesin təminatına şərait yaradıb. Müasir proqram təminatı ilə təmin olunmuş Mərkəz, bazardakı yeniliklərə dərhal qoşulmağa imkan verir. Kartlara bankın öz prosessinq mərkəzi tərəfindən xidmət olunması nəticəsində müştərilərin istəkləri, xidmətlərə rahat çıxışı qısa müddət ərzində təmin edir. Prosessinq Mərkəzi tərəfindən həyata keçirilən layihələr sırasında yeni nəsil UTM aparatlarının uğurla inteqrasiya olunması, bu bankomatlarda mədaxil-məxaric imkanlarının dəfələrlə asanlaşdırılması və müştəriyönümlü olması Unibank kart sahibləri tərəfindən razılıqla və maraqla qarşılanıb. “Unibank”ın Kart Prosessinq Mərkəzi, bankın kartlarına operativ xidmətin daha da yüksəldilməsi, əlavə imkanların yaradılması istiqamətində yeni layihələr üzərində işləyir. 

Unibank- Sənin Bankın!

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment