1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan banklarının Qazaxıstan səfəri başa çatmışdır
26.05.2023

23-26 May 2023-cü il tarixində Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçığı, Azərbaycan Banklar Assosiasiyasının və Qazaxıstan Respublikası Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycan banklarının kredit, risk və rəqəmsallaşma üzrə rəhbər şəxslərinin təcrübə mübadiləsi və təlim məqsədi ilə Almatı şəhərinə səfəri baş tutmuşdur.

Səfər çərçivəsində “Halyk Bank”, “Bank Center Credit”, “Jusan Bank”, “Freedom Finance”, “VTB Bank” (Qazaxıstan), “Home Credit Bank”, “Eurasian Bank”, “Bereke Bank”, “Otbası Bank” və biznesin inkişafına dəstək fondu olan “DAMU” Fondu ilə görüş keçirilmişdir.

Görüşlərdə iştirakçılara aşağıdakı məsələlər üzrə Qazaxıstan bank sektorunun təcrübəsi haqqında məlumat verilmişdir:

“Agile” idarəetməyə keçid prosesi;

Pərakəndə bankçılıq və pərakəndə kreditləşmə;

Biznes kreditlərində satış üsulları;

Kredit risklərinin idarə edilməsi;

Risklərin idarəedilməsi üzrə korporativ yanaşma;

Kənd təsərrüfatı kreditləri üzrə yeni məhsullar, təhlil prosesi və kreditin verilməsi mexanizmi;

Rəqəmsallaşma və avtomatlaşdırma, rəqəmsal biznes bankçılığı və rəqəmsal biznes platforması;

Biznes kreditləşmə prosesində rəqəmsal həllər, innovativ trendlər;

Onlayn bankçılıqda biznes kreditləri;

Kredit rəsmiləşmə prosesində rəqəmsallaşma, “digital onboarding process”;

Qazaxıstanda biznesə dəstək fondunun fəaliyyəti, təklif edilən məhsullar, subsidiya və zəmanət mexanizmləri, eləcə də fondla banklar arasında münasibətləri tənzimləyən qaydalar.

Bununla yanaşı iştirakçılara Qazaxıstan Respublikası Banklar Assosiasiyası tərəfindən “Qazaxıstan bank sistemi haqqında ümumi məlumat, kredit portfelinin bölgüsü, bazarın rəqəmsallaşma səviyyəsi” mövzusunda seminar keçirilmişdir.

Görüşlərdə Azərbaycan bank sektorunu 41 nəfərlik nümayəndə heyəti təmsil etmişdir.

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 240-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment